"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo və "Qalatasaray"ın çalışdırıcısı Okan Buruk Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırıb. Matc.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.

Superliqanın 25-ci turunda keçirilən derbidən sonra Mourinyo hakimlər otağına daxil olmuş, türkiyəli referilərin ünvanına xoşagəlməz sözlər demiş və mətbuat konfransında rəqib futbolçuları “meymun” adlandırmışdı. Bunlara görə portuqaliyalı mütəxəssisə 4 oyunluq cəza verilib.

Okan Buruk isə derbidən sonra mətbuat konfransında səsləndirdiyi qeyri-etik sözlərə görə 1 oyunluq cəzaya məruz qalıb.

Qeyd edək ki, İstanbul derbisi 0:0 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest