Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Matc.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək.
Bununla da sonuncu yarımfinalçıların adlarına da aydınlıq gələcək.
Günün ilk görüşündə "Zirə" saat 16:00-da "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu komandaların ilk oyunu Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Cütün qalibi növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" saat 19:30-da öz meydanında "Kəpəz"lə üz-üzə gələcək. İlk görüşdə 2:0 hesablı səfər qələbəsi qazanan “ağ-qaralar” cavab oyunu öncəsi üstünlüyə malikdilər.
Qeyd edək ki, ötən gün baş tutan iki cavab oyunundan sonra "Qarabağ" və "Sabah" yarımfinalda oynamaq hüququ qazanıb.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
28 fevral
16:00. “Zirə” - “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 0:1.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tiaqo Silva, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev
19:30. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
"Neftçi Arena".
İlk oyun: 2:0