28 Fevral 2025, 11:16
FUTBOL
Bununla da Bojoviç 22-ci dəfə iş yerini dəyişib.
“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç yenidən klubunu dəyişib. Matc.az xəbər verir ki, monteneqrolu çalışdırıcı "İstiqlal Xuzestan” klubu ilə yollarını ayırıb.
O, İran təmsilçisi ilə sözləşməsini birtərəfli ləğv edib. Buna klubun maliyyə şərtlərini yerinə yetirməməsi səbəb olub.
Buna baxmayaraq, Bojoviç karyerasını yenə İranda davam etdirməyə qərar verib. Belə ki, o, bu ölkənin digər təmsilçisi “İstiqlal” ilə razılığa gəlib. Tərəflər arasında bu ilin iyununadək nəzərdə tutulan müqavilə imzalanıb. Bununla da Bojoviç 22-ci dəfə iş yerini dəyişib.