“Neftçi” - “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”a 700 manat cərimə kəsilib.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Toplantıda Misli Premyer Liqasının XXIV turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.
“Neftçi” - “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”a 700 manat cərimə kəsilib.
“Araz-Naxçıvan” - “Səbail” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” 700 manat cərimə edilib.
“Qarabağ” - “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” 500 manat cərimə edilib.
“Şamaxı” - “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” 700 manat məbləğində cərimələnib.
İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.