28 Fevral 2025, 13:53
FUTBOL
Türkiyə yığmasının qapıçısı Altay Bayındır “Mançester Yunayted”i tərk edə bilər. Matc.az xəbər verir ki, 26 yaşlı qolkiper Premyer Liqanın digər təmsilçilərinin maraq dairəsindədi.
İlk növbədə, “Fulhem” türk qapıçını heyətinə qatmaqda israrlıdı. Artıq tərəflər arasında danışıqlara start verilib. “Fulhem” ən pis halda Bayındırı icarəyə götürmək niyyətindədi.
Qeyd edək ki, Altayın “mankunianlar”la 2027-ci ilin yayınadək müqaviləsi var.