İspaniya La Liqasının prezidenti Xavyer Tebas “İnter Mayami”nin kapitanı Lionel Messinin “Barselona”ya qayıdacağına əminliyini ifadə edib.

Matc.az xəbər verir ki, qurum rəhbəri argentinalı hücumçunun dönüşünün mümkünlüyünü dəyərləndirib.

“Düşünürəm ki, Messi “Barselona”ya qayıtmaq istəyir, çünki orada uzun illər keçirib. Onun qayıdacağına tam əminəm. Ola bilsin ki, futbolçu kimi, amma təsəvvür edə bilərəm ki, Messi başqa bir rolda da qayıda bilər”, – deyə Tebas bildirib.

Qeyd edək ki, 37 yaşlı forvard 2004-2021-ci illərdə “Barselona”da çıxış edib. Onun “İnter Mayami” ilə müqaviləsi bu ilin sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest