28 Fevral 2025, 15:00
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşmək üzrədi. Matc.az xəbər verir ki, U-21-i Ayxan Abbasovun çalışdırması gözlənilir.
Hazırda “Şamaxı”ya rəhbərlik edən mütəxəssislə bu barədə danışıq aparılıb və razılıq əldə olunub. Tərəflər arasında anlaşmaya görə, Abbasov eyni anda həm millini, həm də Premyer Liqa klubunu çalışdıracaq.
Qeyd edək ki, Samir Əliyevin istefasından sonra U-21-in baş məşqçisi postu boşdu.