28 Fevral 2025, 15:12
FUTBOL
Bildirilib ki, yarımmüdafiəçilər Rauf Hüseynli və Mahamadu Ba bugünkü qarşılaşmada iştirak edə bilməyəcək. Birinci cəza, malili oyunçu isə zədəli səbəbindən məşqçilər korpusunun ixtiyarında olmayacaq.
Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” meydana tam heyətlə çıxa bilməyəcək. Matc.az xəbər verir ki, bu barədə Gəncə klubu məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçilər Rauf Hüseynli və Mahamadu Ba bugünkü qarşılaşmada iştirak edə bilməyəcək. Birinci cəza, malili oyunçu isə zədəli səbəbindən məşqçilər korpusunun ixtiyarında olmayacaq.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlayacaq. Tovuzdakı ilk matçda bakılılar 2:0 hesablı qələbə qazanıb.