“Barselona” və “Arsenal” “Espanyol”un qapıçısı Joao Qarsiyaya maraq göstərir.

Matc.az xəbər verir ki, “Espanyol” ispaniyalı qolkiperini satmaq istəmir.

Bu səbəbdən kataloniyalılar 23 yaşlı futbolçunun 30 milyon avroluq sərbəst qalma məbləğini ödəməsini tələb edəcək. “Topçular” hələ ötən yay Qarsiyanı transfer etmək istəsə də, “Espanyol” təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, Joao Qarsiya bu mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest