“Mançester Siti” “Milan”ın müdafiəçisi Teo Ernandesin transferi ilə ciddi şəkildə maraqlanır.

Matc.az xəbər verir ki, “şəhərlilər” müdafiənin sol cinahındakı problemi 27 yaşlı oyunçu ilə yoluna qoymaq istəyir.

Fransa millisinin üzvü ilə “rossonyerlər” arasında müqavilənin uzadılması ilə bağlı aparılan danışıqlar dalana dirənib. “Milan” Ernandes üçün 35 milyon avroluq təklifi nəzərdən keçirməyə hazırdır. İngilislər də bu məbləği ədalətli hesab edir.

Qeyd edək ki, Teo Ernandes cari mövsüm bütün turnirlərdə 35 oyunda, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest