28 Fevral 2025, 17:49
FUTBOL
İngiltərəli futbol hakimi Devid Kut uzun müddətə diskvalifikasiya edilib. Matc.az xəbər verir ki, referini UEFA cəzalandırıb.
Buna səbəb Kutun ötən ilin noyabrında Yurgen Klopp barədə təhqiramiz ifadələr işlətdiyini əks etdirən videonun yayılması olub. Referi həmçinin AVRO-2024 zamanı qadağan olunmuş preparatlardan istifadədə də şübhəli bilinir.
Hakim UEFA-nın əsas davranış qaydalarını pozduğu üçün 2026-cı ilin yayına qədər hakimlikdən uzaqlaşdırılıb.