"Bavariya"nın hücumçusu Tomas Müller Münhen klubundakı gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu, klub ona yeni müqavilə təklif edərsə, yayda başa çatacaq müqaviləni uzatmaq istəyir. Müller növbəti mövsümdə Münhen klubunun əsas oyunçusu olmayacağını anladığı üçün maaşını azaltmağa da hazırdır.

Qeyd edək ki, bu mövsüm futbolçu bütün turnirlərdə 31 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 6 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest