PSJ "Barselona"nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, Fransa nəhəngi 20 yaşlı futbolçunun transferinə ciddi yanaşır və bunun üçün böyük məbləğdə pul ödəməyə hazırdır.

"Barseloa" ispaniyalı futbolçunu buraxmağa həvəsli olmasa da, 100 milyon avro və ya daha çox təklif Kataloniya klubunun rəhbərliyini fikirlərini dəyişməyə məcbur edə bilər.

Qavinin özü də "Barselona"dan ayrılmaq istəmir. Lakin əsas amil Dani Olmodur. O, formaya düşsə və Qavini əsas heyətdən kənarlaşdırsa, sonuncu klubu dəyişməyi düşünə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest