"Yuventus" və "Napoli" "Mançester Yunayted"in 22 yaşlı hücumçusu Rasmus Hoylundla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "TuttoJuve" məlumat yayıb.

Bildirilir ki, danimarkalı futbolçunun qiyməti 50 milyon avrodur. Gənc futbolçu "Mançester Yunayted"i tərk edərək İtaliyaya qayıtmaq istəyir.

Qeyd edək ki, Hoylund bu mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 60 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest