01 Mart 2025, 12:05
FUTBOL
"Fənərbaxça" icarə əsasında komandada çıxış edən iki futbolçu ilə bağlı yeni qərar verib.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi Filip Kostiç və Milan Şkrinyarın transfer hüququna yiələnmək istəyir.
"Fənərbaxça" hər iki oyunçunu birdəfəlik transfer edib onlarla uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. Bununla bağlı futbolçuların klubları ilə danışıqlar başlayıb.
Qeyd edək ki, "Fənərbaxça" Filip Kostiçi mövsümün əvvəlində "Yuventus"dan icarəyə götürüb. Serbiyalı yarımmüdafiəçi komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yanvar ayında PSJ-dən Superliqa təmsilçisinə gələn Şkrinyar isə 8 oyunda 2 assist edib.