Daha sonra UEFA David Kut haqqında araşdırma aparıb. Hakimin 2024-cü il Avropa çempionatını idarə edərkən qadağan olunmuş maddələrdən istifadə etdiyi iddia edilir.

İngiltərəli hakim Devid Kut UEFA tərəfindən 2026-cı ilin yayına qədər cəzalandırılıb.

Matc.az xəbər verir ki, onun yarışlarda iştirakına qadağa qoyulub.

Kut futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələl gətirdiyi və ləyaqətli davranış qaydalarını pozduğu üçün diskvalifikasiya edilib.

Xatırladaq ki, ötən ilin dekabrında Kut PGMOL (İngiltərə Peşəkar Hakimlər Assosiasiyası) tərəfindən aparılan araşdırmadan sonra işdən çıxarılıb. Noyabr ayında internetdə hakimin "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp haqqında təhqiramiz fikirlər söylədiyini əks etdirən video yayılıb.

Daha sonra UEFA David Kut haqqında araşdırma aparıb. Hakimin 2024-cü il Avropa çempionatını idarə edərkən qadağan olunmuş maddələrdən istifadə etdiyi iddia edilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest