"Çelsi" heyətinə gənc futbolçu qatır.

Matc.az xəbər verir ki, İngiltərə klubu Denner Evanjelistanı transfer edəcək.

"Korintians"da çıxış edən 17 yaşlı braziliyalı müdafiəçi U-20-də forma geyinir. Keçid üçün 15 milyon avro ödəniləcək. Braziliya təmsilçisi onun gələcək satışından da pay alacaq.

Qeyd edək ki, Denner 2026-cı ilin yayında "Çelsi"yə qoşulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest