01 Mart 2025, 16:22
FUTBOL
İtaliya A Seriyasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Roma"nı çalışdıran Klaudio Ranyeri layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
73 yaşlı mütəxəssisə mükafat sabah ölkə çempionatının "Komo" ilə matçından əvvəl təqdim olunacaq.
Qeyd edək ki, "Roma" Ranyerinin rəhbərliyi altında fevral ayında A Seriyasında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib. Bu qarşılaşmalarda 7 qol vuran paytaxt təmsilçisi qapısında 1 qol görüb.