"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun təhlükəsizliyinə cavabdeh olan xidmət futbolçuya martın 3-də Tehranda keçiriləcək Asiya Çempionlar Liqasının 1/8 finalında "İstiqlal"la oyuna getməməyi tövsiyə edib.

Matc.az xəbər verir ki, bu barədə "Varzesh3" məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı futbolçunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar onun İrana əvvəlki səfəri zamanı çoxlu azarkeş kütləsi səbəbindən iğtişaşlar olması ilə bağlıdır.

"Əl-Nəsr" "İstiqlal"la rəsmi məktub göndərərək, bu görüşü neytral ərazidə təşkil etməyi təklif edib. Lakin İran klubu oyunu başqa ölkəyə keçirməkdən imtina edib. "İstiqlal"ın imtinasından sonra mediada Ronaldonun sözügedən matçı buraxa biləcəyi ilə bağlı məlumatlar peyda olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest