“Yuventus” baş məşqçisi Tiaqo Mottanın yerinə 4 namizədi nəzərdən keçirir. Matc.az xəbər verir ki, turinlilər növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Mottanın postundan uzaqlaşdırılacağı öncədən bəlli idi.
“Qoca sinyora” artıq indidən variantları araşdırır. Siyahıda ilk adlardan biri “Atalanta”nın baş məşqçisi Can Pyerro Qasperinidir. O özü də “Yuventus”u çalışdırmağa qarşı deyil.
Bundan əlavə, hazırda “Napoli”ni çalışdıran Antonio Kontenin geri qayıtması da nəzərdən keçirilir. Klub eyni zamanda “Marsel”in baş məşqçisi Roberto De Zerbi ilə də maraqlanır.
Son namizəd isə 2024-cü ildə “Latsio”dan ayrıldıqdan sonra işsiz qalan İqor Tudordur. Lakin o, siyahıdakı ən az ehtimal olunan variant kimi qiymətləndirilir.