AVRO-2026-nın əsas mərhələsində Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, yığmamızda bir oyunçu siyahıdan çıxarılıb.

Baş məşqçi Vitali Borisovun qərarına əsasən, Seymur Məmmədovun yerinə toplanışa “Baku Fire”dən Fərid Abbasov cəlb olunub. Komandamızın təlim-məşq toplanışı davam edir.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan görüşü martın 11-də Afinada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest