Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

İngiltərə təmsilçiləri “Aston Villa” və “Arsenal” səfər qələbəsi qazanıb. Dortmund “Borussiya”sı evdə “Lill”lə bərabərə qalıb.

Madrid derbisində isə “Real” doğma meydanında “Atletiko”nu minimal hesabla üstələyib.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

4 mart

"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 1:3

"Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa) 1:1

PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:7

Real (İspaniya) - Atletiko (İspaniya) 2:1

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest