04 Mart 2025, 11:47
FUTBOL
“Çelsi” “Korintians”ın gənc futbolçusu Denneri transfer etməyə çox yaxındır.
Msport.az xəbər verir ki, bununla bağlı tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Danışıqların yaxın günlərdə tamamlanması gözlənilir. London klubu bonuslar da daxil olmaqla 15 milyon avro ödəyəcək. Bundan əlavə, “Korintians” 17 yaşlı sol cinah müdafiəçisinin gələcək satışından müəyyən faiz əldə edəcək.
Denner hazırda “Korintians”ın gənclər komandasında çıxış edir və hələ əsas heyətdə oynamaq təcrübəsi yoxdur.