04 Mart 2025, 12:04
FUTBOL
Azərbaycan millisinin martda keçirəcəyi daha bir yoldaşlıq görüşündəki rəqibi bəlli olub. Matc.az xəbər verir ki, komandamız bu ay Haiti yığması ilə qarşılaşacaq.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Matçın başlama saatı hələlik məlum deyil.
Qeyd edək ki, millimiz martın 25-də Belarusu “Bank Respublika Arena”da qəbul edəcək.