“Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz”ın təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb. Bu üzdən “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda həmçinin 400 manat cərimələnib.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda II Liqanın XIV turunda keçirilən oyunlarla bağlı sərt qərarlar verilib.
“Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz”ın təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb. Bu üzdən “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda həmçinin 400 manat cərimələnib.
“Ağdaş” – “Şimal” göüşü isə meydan sahibinin vaxtında stadionu hazır vəziyyətə gətirməməsi, oyun günü planını pozması, AFFA nümayəndəsinin tələblərini yerinə yetirməməsi, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobilinin olmaması ucbatından keçirilməyib. Bu, “Ağdaş”ın 0:3 hesablı texniki məğlubiyyətinə və 250 manat cərimələnməsinə gətirib çıxarıb.