04 Mart 2025, 12:47
FUTBOL
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov cəzalandırılıb. Matc.az xəbər verir ki, II Liqa klubu “Hypers Guba”da çıxış edən yarımmüdafiəçi XIV turda “Şəmkir”lə ev oyunundakı davranışına görə sanksiya ilə üzləşib.
Qarşılaşmanın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Qurbanov 4 oyunluq cəzalandırılıb, klubu isə 300 manat cərimə olunub.
Ruslanın komanda yoldaşı Sənan Aslanov isə əlavə olunmuş dəqiqələrdə təcavüzkar davranış səbəbindən 4 matçlıq cəza ilə üzləşib.