UEFA “Roma”nın baş məşqçisi Klaudio Ranyerini 20 min avro cərimələyib. Matc.az xəbər verir ki, buna səbəb təcrübəli mütəxəssisin hakimlərə yönəlik tənqidi fikirləri olub.
Belə ki, Ranyeri Avropa Liqasının pley-off mərhələsində “Portu” ilə keçirilən ilk oyundan (1:1) sonra baş hakim Tobias Ştilleri kəskin tənqid edib. O, referinin rəqibə qələbə hədiyyə etməyə çalışdığını iddia edib.
Məşqçi həmçinin UEFA-nın Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini və 2023-cü ildə Avropa Liqasının finalına Entoni Teylorun təyinatını tənqid edib. Həmin görüşdə “Roma” penaltilər seriyasında “Sevilya”ya məğlub olmuşdu və o dövrdə baş məşqçi olan Joze Mourinyo hakim qərarlarını sərt şəkildə tənqid etmişdi.
Bundan əlavə, UEFA “Roma”nı komandanın qeyri-etik davranışına görə əlavə 11 min avro məbləğində cərimələyib.