İsveçrə məhkəməsində FIFA-nın sabiq prezidenti Yozef Blatterin işinə yenidən baxılıb. Matc.az xəbər verir ki, 88 yaşlı keçmiş funksioner dələduzluq ittihamlarını rədd edib.

“Yalan, hiylə və aldatmadan bəhs edirsinizsə, bu mən deyiləm. Bütün həyatım boyu belə bir şey olmayıb. Ailəmizdə qayda var idi – yalnız qazandığımız pulları götürərdik. Mən günahsızam", – deyə Blatter məhkəmədə bildirib.

Qeyd edək ki, İsveçrə Baş Prokurorluğu 2022-ci ildə Yozef Blatterin bəraət alması ilə bağlı qərardan apellyasiya şikayəti verib. O, UEFA-nın sabiq prezidenti Mişel Platini ilə birlikdə 2011-ci ildə təşkil olunan 2 milyon İsveçrə frankı məbləğində ödənişlə bağlı dələduzluqda ittiham olunurdu. Lakin məhkəmə 2022-ci ildə hər iki futbol funksionerini günahsız hesab etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest