Meksikanın “Monterrey” klubunun müdafiəçisi Serxio Ramos sevimli futbolçularını açıqlayıb.

Msport.az xəbər verir ki, ispaniyalı futbolçu hazırda “Real”ın formasını geyinən iki oyunçunu bəyənir.

38 yaşlı oyunçu vaxtiləç formasını geyindiyi “kral klubu”nun hücumçuları Kilian Mbappe və Vinisius Junioru digərlərindən fərqləndirib. O, adıçəkilən forvardların oyununu xüsusi bəyəndiyini bildirib.

Qeyd edək ki, Serxio Ramos fevralın əvvəlində “Monterrey”lə müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest