“Fiorentina”nın hücumçusu Moyze Kin fərdi məşqlərə başlayıb. Matc.az xəbər verir ki, 25 yaşlı forvard yaşıl meydançaya dönməyə hazırlaşır.

A Seriyası çərçivəsində ötən ay “Verona” ilə görüşdə başından zədə alan İtaliya millisinin üzvü tibbi müayinədən keçib. Yoxlamaların nəticələri müsbət olub. Bu, Kinin tezliklə yaşıl meydanlara qayıtmaq imkanını artırır.

Qeyd edək ki, Moyse Kin “Fiorentina”ya ötən il “Yuventus”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest