04 Mart 2025, 17:45
FUTBOL
“Milan” yarımmüdafiəçisi Tayani Reynderslə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu “rossonyerlər”lə sözləşməsinin müddətini uzadıb.
Yeni sazişə əsasən, Niderland millisinin üzvü 2030-cu ilə qədər İtaliya klubuna məxsusdu. Futbolçunun maaşı 1,7 milyon avrodan 3,5 milyon avroya yüksələcək.
Qeyd edək ki, Tayani Reynders “Milan”a 2023-cü ilin yayında “Alkmar”dan keçib. O, cari mövsüm A Seriyasında 26 oyuna çıxıb, 8 qol, 2 assistlə diqqət çəkib.