Bu gün baş tutan "Turan Tovuz" – "Zirə" (0:2) oyunundan sonra Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev açıqlama verib.

Matc.az xəbər verir ki, klub prezidenti AFFA ilə bağlı sulları cavablandırıb.

"Maraqlı oyun oldu. İlk başda bizim oyunumuz alınmadı. Çempionatımız elə bir mərhələyə gəlib ki, hər oyun vacibdir. Azerkeşlərimizin qarşısında uduzmaq bizi üzür, amma lazım olan xalları qazanacağıq.

AFFA-nın qərarlarını anlayışla qarşılayırıq. Amma biz də klubumuzun maraqlarını qorumaq üçün mövqeyimizi bildirəcəyik. Üzgününük, AFFA ilə dialoqumuzun başladığı ən yaxşı vaxtda belə hal baş verdi. Hər kəs elə bildi qarşıdurma var, əslində belə bir şey yoxdur. Bir çox mövzuda AFFA-nın bizə dəstəyi var. Dialoqumuz yüksək səviyyədə davam edir. Qərarın haqsız olduğunu düşünürük, amma anlayışla qarşılayırıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest