05 Mart 2025, 09:38
FUTBOL
“Mançester Siti”nin futbolçusu Natan Ake əməliyyat edilib. Matc.az verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Niderlandlı müdafiəçi İngiltərə Kubokunun 1/8 finalında “Plimut”la matçda (3:1) sıradan çıxmışdı. Akenin konkret nə vaxt sıraya dönəcəyi açıqlanmayıb. 30 yaşlı futbolçu üçün cari mövsümün bitdiyi ehtimal olunur.
Qeyd edək ki, Ake cari mövsümdə "Mançester Siti”nin heyətində ümumilikdə 18 oyuna çıxıb.