"Napoli"də yeni müqavilə imzalanıb. Matc.az xəbər verir ki, Neapol klubu uruqvaylı müdafiəçisi Matias Olivera ilə yeni sözləşmə bağlayıb.

Bu barədə “Napoli”nin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, tərəflər arasında imzalanan yeni saziş 2030-cu ilin iyun ayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2022-ci ilin yayından "Napoli"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest