Türkiyəli mütəxəssis Fatih Terimin çalışdırdığı "Əl-Şabab"da böhran yaranıb. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun futbolçularına 3 aydı maaş verilmir.

"Damak"la çempionat matçından əvvəl klub rəhbərliyi ödəmələri edəcəyinə dair söz versə də, buna əməl etməyib. Nəticədə bəzi futbolçular etiraz əlaməti olaraq məşqlərə çıxmamağı qərara alıblar.

Qeyd edək ki, 23 turdan sonra aktivində 39 xal olan "Əl-Şabab" hazırda 6-cı pillədə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest