05 Mart 2025, 12:50
FUTBOL
"Nyukasl"ın hücumçusu Aleksander İsak karyerasını İspaniyada davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, İsveç yığmasının üzvü “Barselona”nın təklifini müsbət cavablandırıb.
25 yaşlı forvard İngiltərə nəhənglərindən də təklif almasına baxmayaraq, Kataloniya klubunda oynamaq niyyətindədi. Onun transfer qiyməti 75 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, İsakın "Nyukasl" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.