“Yuventus”un futbolçusu Fransisko Konseysao tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, 22 yaşlı hücumçu sağ bud əzələsində narahatlıq hiss edib.

Aparılan rentgenoloji müayinə nəticəsində portuqaliyalı ön xətt oyunçusunun əzələ zədəsi aldığı təsdiqlənib. Onun bərpa prosesi təxminən 10 gün davam edəcək. Bu səbəbdən Konseysao “Verona” ilə dünənki qarşılaşmada iştirak etməyib. Forvardın martın 9-da “Atalanta” və 16-da “Fiorentina” ilə görüşlərdə də meydana çıxması sual altındadır.

Qeyd edək ki, Konseysao bu mövsüm A Seriyasında 18 oyunda forma geyinib, 3 qol vurub, eyni sayda assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest