“Mançester Yunayted” büdcə planlamasına başlayıb. Matc.az xəbər verir ki, İngiltərə nəhəngi qarşıdakı 4 il üçün büdcəsini Avropa Liqasında iştirak edəcəkləri ehtimalına əsasən hesablayıb.

Əvvəlki illərdə büdcə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq perspektivi nəzərə alınaraq planlaşdırılırdı. “Qırmızı şeytanlar” hətta növbəti mövsümdə avrokuboklara vəsiqə qazana bilməmək ehtimalını da nəzərə alıb və bunu büdcədə ayrıca xərc maddəsi kimi göstərib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqada 27 turdan sonra 33 xalla 14-cü yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest