DÇ-2026-nın seçmə mərhələsində Norveçlə qarşılaşacaq Moldova millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, heyətdə bir tanış sima da var.

Belə ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram növbəti dəfə ölkəsinin millisinə çağırılıb. 30 yaşlı futbolçu Norveçlə ev görüşündə iştirak ərizəsində olacaq.

Qeyd edək ki, Moldova – Norveç qarşılaşması martın 22-də Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest