“Valensiya”nın yeni prezidenti müəyyənləşib. Matc.az xəbər verir ki, İspaniya klubu Kiat Limin yeni rəhbər təyin olunduğunu elan edib.

“Yarasalar”ın sahibi Piter Limin oğlu 2022-ci ildən bəri İdarə Heyətinin üzvü idi. O, sabahdan vəzifəsinin icrasına başlayacaq. Kiat Lim bu postda 2014-2017 və 2022-2025-ci illər arasında klub prezidenti olmuş Layxun Çanı əvəz edəcək.

Qeyd edək ki, “Valensiya” hazırda La Liqada 24 xalla 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest