“Barselona”nın baş məşqçisi Hans-Diter Flik braziliyalı hücumçu Neymarın kluba qayıdışının məqsədəuyğun olub-olmamasına tərəddüd edir. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis ulduz futbolçunun fiziki forması və oyun səviyyəsi ilə bağlı narahatlıqlar keçirir.
O, xüsusilə də, “Barselona”nın oyun fəlsəfəsinin gənclik və yüksək intensivliyə əsaslandığını nəzərə alaraq, Neymarın uyğun seçim olub-olmadığını düşünür. Bundan əlavə, klub daxilində Neymar üçün rəsmi təklifin müzakirə olunmaması rəhbərlik arasında yekdil qərarın olmadığını göstərir. “Barselona”nın maliyyə problemləri də bu məsələdə mühüm rol oynayır. Kataloniyalılar hələ də yay transfer bazarındakı büdcənin necə formalaşacağını dəqiq bilmir.
Qeyd edək ki, Neymarın əsas prioritetinin “Barselona”ya qayıtmaq olduğu bildirilir. O, “Barsa”ya keçmək üçün maaşının azaldılmasına da razıdı.