05 Mart 2025, 17:10
FUTBOL
“Bavariya” Kinqsli Komanı mövsümün sonunda satmaq niyyətindədi. Matc.az xəbər verir ki, Münhen klubu 28 yaşlı futbolçunun transfer qiymətini də müəyyənləşdirib.
Bundesliqa nəhəngi Fransa millisinin üzvünün satışından təxminən 35-45 milyon avro qazanc götürməyi planlaşdırır. Koman özü də yayda yeni komandaya keçməyə açıqdı. Onun potensial variantları arasında “Arsenal” və Səudiyyə Ərəbistanı təmsilçiləri göstərilir.
“Bavariya”nın Komanı satmaq istəməsinin əsas səbəblərindən biri maaş büdcəsini azaltmaq və transfer bazarında daha geniş imkanlar əldə etməkdi.
Qeyd edək ki, Kinqsli Koman bu mövsüm Bundesliqada 22 oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.