Mundialda mübarizə aparacaq 32 komanda 4 səbətə bölünüb. Yarışın favoritlərindən sayılan ev sahibi Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, tədbir martın 11-də baş tutacaq.

Mundialda mübarizə aparacaq 32 komanda 4 səbətə bölünüb. Yarışın favoritlərindən sayılan ev sahibi Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasiminin yeri və başlama vaxtı hələ dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest