06 Mart 2025, 09:46
FUTBOL
İngiltərə, İspaniya, İtaliya və Almaniya günü kimi ölkələr əlavə xal qazansalar da, mövqelərində dəyişiklik olmayıb. Reytinqdə, ümumiyyətlə, heç bir ölkənin yeri dəyişməyib.
UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin daha 4 oyunundan sonra siyahı yenilənib.
İngiltərə, İspaniya, İtaliya və Almaniya günü kimi ölkələr əlavə xal qazansalar da, mövqelərində dəyişiklik olmayıb. Reytinqdə, ümumiyyətlə, heç bir ölkənin yeri dəyişməyib.
Həmçinin Azərbaycan da 28-ci pillədə qalıb. Avrokuboklarda təmsilçisi qalmayan ölkəmizin aktivində 19,625 xal var.
Avropa reytinqinə 107,482 xalla İngiltərə başçılıq edir.