06 Mart 2025, 10:45
FUTBOL
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu 4 oyunçunu fərqləndirib.
Onlardan “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor PSV ilə oyunda (7:1) dubl edib və bir qol ötürməsi verib. “Real”ın vingeri Rodriqo “Atletiko” ilə matçda (2:1) fərqlənib. “Bavariya”nın hücumçusu Harri Keyn “Bayer”lə qarşılaşmada (3:0) dubl edib. “Liverpul”un qapıçısı Alisson isə PSJ ilə oyunda (1:0) qapısını toxunulmaz saxlayıb, parislilər 9 dəfə çərçivəyə zərbə endirib.
Qeyd edək ki, qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.