06 Mart 2025, 11:20
FUTBOL
“Barselona”nın qapıçısı Voyçex Şesnı Çempionlar Liqasının 1/8 final mərhələsinin “Benfika” ilə ilk oyununda qapısını toxunulmaz saxlayıb. Matc.az xəbər verir ki, polşalı bununla turnirin əsas rekordlarından birini müəyyənləşdirib.
Belə ki, Şesnı dünənki görüşdə 8 seyvlə yadda qalıb. Bu isə 2003-04 mövsümündən bəri aparılan statistikaya əsasən, Çempionlar Liqasında qol buraxmadan oynayan qapıçılar arasında ən yüksək göstəricidi.
Şesnı bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 14 oyunda iştirak edib və 13 qol buraxıb. O, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, “Barselona” “Benfika”nı səfərdə 1:0 hesabı ilə məğlub edib.