Lautaro Martines “İnter”in tarixinə düşüb. Matc.az xəbər verir ki, Argentina millisinin hücumçusu Çempionlar Liqasının 1/8 final mərhələsində “Feyenord”la oyunda bunu reallaşdırıb.

27 yaşlı forvard İtaliya klubunun heyətində qitənin ən nüfuzlu klub turnirində ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Martines 18 dəfə fərqlənməklə bunu bacarıb. O, Sandro Matsolaya məxsus 17 qolluq rekordu yeniləyib.

Qeyd edək ki, “İnter” Niderlandda 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest