20 May 2025, 10:16
FUTBOL
"Qalatasaray" "Real"ın qapıçısı Andrey Lunini transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi ukraynalı qolkiperi mövsümün sonunda müqaviləsi başa çatan Fernando Musleranın əvəzləyicisi kimi düşünür. "Qalatasaray" 26 yaşlı qapıçıya daha yaxşı maliyyə şərtləri təklif edib.
İngiltərənin "Aston Villa" klubu da Luninlə maraqlanır.