Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Latviya – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışdadır.

Matc.az xəbər verir ki, Azərbaycanlı azarkeşlər üçün ayrılmış T, U və V sektorlarına biletlərin qiyməti 10 avrodur (təxminən 19 AZN).

Qeyd edək ki, iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq.

Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:

https://events.passportix.eu/event/67d3fecb69db9f95dbac1925/67d3fecb69db9f95dbac1989

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest