20 May 2025, 13:13
FUTBOL
"Yamal artıq bizim müqavilə təklifimizi qəbul edib. Sadəcə, 18 yaşı tamam olduqdan sonra imzalaya bilər".
"Barselona" Lamin Yamalın müqaviləsinin müddətini uzadacaq.
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta məlmat verib. La Liqa nəhəngi 17 yaşlı vingerlə razılıq əldə edib. O, bildirib ki, futbolçu 18 yaşı tamam olduqdan sonra müqaviləyə qol çəkəcək:
"Yamal artıq bizim müqavilə təklifimizi qəbul edib. Sadəcə, 18 yaşı tamam olduqdan sonra imzalaya bilər".
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 54 oyunda 18 qol vurub, 25 qol ötürməsi edib.